Avstraliya “Eurovision 2021“də iştirak edə bilməyəcək VİDEO

Avstraliya “Eurovision 2021“də iştirak edə bilməyəcək VİDEO

Bu il Niderlandda keçiriləcək “Eurovision 2021“ müsabiqəsində Avstraliya iştirak edə bilməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkəni təmsil edən iştirakçı Montaigne pandemiya səbəbilə Rotterdama gələ bilməyəcək. Onun "Technicolor" adlı mahnısı və səhnə performansı tamaşaçılara video formasında təqdim ediləcək.

Dünyadakı mövcud epidemioloji vəziyyətlə əlaqədar qoyulan məhdudiyyətlər səbəbindən yalnız Avstraliya deyil, yarışmaya qatılacaq bir çox ölkələrin səhnə performansını bu formada təqdim etməsi gözlənilir. Lakin digər ölkələr hələ ki, bu haqda rəsmi açıqlama verməyiblər.

Qeyd edək ki, bu il 65-ci dəfə təşkil ediləcək yarışma 18-dən 22-si maya qədər Rotterdam şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi Samirə Əfəndi isə mayın 18-də birinci yarımfinalda çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə