"Başqalarının fikrinə dəyər verdiyimiz gün səmimiyyətimizi itirmişik"

Müğənni Nura Suri Sənətçi insanları qeyri-səmimi adlandırıb. SİA-nın məlumatına görə, ifaçı bəzilərinə məsləhət verməkdən də çəkinməyib: "Hamı qeyri-səmimi insanlardan, yaltaqlardan, ikiüzlülükdən gileylənir. Bu kimi xüsusiyyətləri qınayır. Amma hamı lazımi vaxtda bütün yuxarıda sadaladıqlarımı edir. Səmimi olmaq mümkün deyil, xüsusən də bizim cəmiyyətdə. Biz yalnız uşaq (körpə) vaxtı səmimi olmuşuq - heç nə anlamayanda. Valideynlərimiz başqalarının yanında bizə "ayıbdır", "olmaz" deyənə kimi. Başqa insanların fikrinə dəyər verməyi öyrəndiyimiz gün səmimiyyətimizi itirmişik.

Tək olanda istədiyin kimi oturursan, yemək yeyirsən, yanını qaşıyırsan və sair. O ki, bir tamaşaçı yanında olan kimi, lap həyat yoldaşın da olsa, artıq oturuş, səs tonu, üz mimikası belə dəyişir. Bütün xırdalıqlara fikir verməyə başlayırsan. Bütün bunları artıq avtomatik olaraq edirsən. Yəni ki, hamımız beləyik.

Əhvalımız olmayanda belə bəzi insanlara məcbur gülümsəyirik, onlarla çox xoş danışırıq. Özünüz yaxşı bilirsiz hansı insanlara qarşı belə edirsiniz - bu səbəbdən xırdalamıram. Gəl ki, hamımız başqa insanlarda bütün bu xüsusiyyətləri qınayırıq, (dərd yarı) hətta qeybət formasında edirik. Filankəs belədi, elədi...

Kimin necə olması niyə hamını narahat edir ki? Niyə heç kəs özünü bütün bunlardan azad etmir ki? Biz beyindən azad deyilik. Belə yaşamaq olmaz. Bir az düşünün, dəyişin. Mən çalışıram, dəyişirəm. Özümdə bir çox xüsusiyyətləri öldürmüşəm. Siz də başlayın".

Bütün xəbərlər Facebook səhifəmizdə