Fatimə Fətəliyevanın aparıcılığı dava ilə bitdi

Fatimə Fətəliyevanın aparıcılığı dava ilə bitdi

Rəqqasə Fatimə Fətəliyeva bundan sonra aparıcılıq etməyəcək. SİA-nın məlumatına görə, sənətçinin həftəsonu "Space" telekanalında yayımlanan "Hər səhər" verilişinin yayımı dayanıb.

Buna səbəb kanal rəhbərliyi ilə F.Fətəliyeva arasında yaşanan anlaşılmazlıq olub. Beləcə, rəqqasə proqrama aparıcılıq etməkdən imtina edib.

Qeyd edək ki, Fatimənin "Space"dəki fəaliyyəti cəmi 1 ay çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə