Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Abbas Bağırov bir araya gələrək duet oxuyublar. SİA-nın məlumatına görə, “Sən və mən” adlı mahnının sözləri Orxan Mürvətli və Baba Qədirliyə, musiqisi Vüqar Mirzəyevə məxsusdur.
SİA-nın məlumatına görə, hər iki məşhuru akkordeonda Ənvər Sadıqov, skripkada isə Ramin Həsənov müşayiət edib.
Qeyd edək ki, B.Dadaşova və A.Bağırov uzun illər küsülü olub. Onların danışmamasına “Aləm gözəl” mahnısı səbəb olub. İfaçılar barışsa da, aralarındakı soyuqluq davam edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB