Fərda ilə Niyam da barışdı

Müğənni Niyam Salami ilə aktyor Fərda Xudaverdiyev barışıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü danışıb: "Fərda ilə qırğınımız olub. Ona görə də indi verilişinə gedirəm. Gedim görüm nə söhbətdir. Yerində həll etmək lazımdır. Telefonla danışmaqdan xoşum gəlmir".

Qeyd edək ki, Fərda Niyamı proqramına çağırdığını, onun isə çəkilişi yarımçıq qoyub getdiyini demişdi. "Heç kimə heç nə demədən çıxıb gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Saymamazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım. Bunu dünən çıxan vayner edə bilərdi. Vaynerə sosial şəbəkə lazımdır, sənə televiziya mütləqdir" deyə, aktyor söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə