Məşhur stilist 10 min manatlıq kreslo sifariş edib

Məşhur stilist 10 min manatlıq kreslo sifariş edib

Məşhur stilist Anar hər kəsi heyrətləndirmək iddiasındadır. SİA-nın məlumatına görə, fantaziyasını və əl işini adətən başqalarının obrazında canlandıran stilist bu dəfə özü qəhrəman qismində çıxış edib. Paytaxtın ən məşhur fotoqrafı Orxan Aslanovla bir araya gələn Anar fantastik fotosessiyaya çəkilib. Fotosessiya açıq havada və studiyada baş tutub.


Çəkilişlərdə modellərdən, müxtəlif aksessuarlardan və irland qoyun iti cinsindən olan köpəkdən istifadə olunub. Anar həmçinin, fotokamera qarşısında İtaliyada istehsal olunmuş və qiyməti 10 min manat olan kresloda əyləşib. Stilist bir neçə seriyalarda çəkilən fotosessiyanın yerli və əcnəbi jurnallar üçün nəzərdə tutulduğunu bildirib.


Onu da qeyd edək ki, Anarın bu addımı möhtəşəm şounun tərkib hissəsi kimi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB