Bəhrəm Bağırzadə: "Koronaya yoluxduğum üçün 20 günü komada qaldım" VİDEO

Bəhrəm Bağırzadə: "Koronaya yoluxduğum üçün 20 günü komada qaldım" VİDEO

Bir müddət öncə koronaya yoluxan Əməkdar artist Bəhrəm Bağırzadə o günlərə geri dönüb. SİA-nın məlumatına görə, aktyor bu haqda verilişlərin birində bəhs edib: "Bu barədə çox danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, COVID-19 xəstəliyini çox ağır keçirdim. 52 gün xəstəxanada, 1 ay da evdə müalicə olundum. Ümumilikdə 82 gün koronadan əziyyət çəkdim. Onun 20 günü komada oldum. Allah məni yenidən bu dünyaya qaytardı. Xəstəliyim çox ağır keçdi. Dostuma və düşmənimə arzulamıram ki, mənim vəziyyətimə düşsünlər".

Bütün xəbərlər Facebook səhifəmizdə