“Evdə şəxsi arxivimdə yüzlərlə şəkil var və demək olar ki, heç yerdə yayımlanmayıb\"
Azərbaycanın və Dağıstanın əməkdar artisti Ədalət Şükürov yaxın aylarda şəxsi foto sərgisini açacaq.
SİA-nın Milli.Az xəbər portalına istinadən verdiyi xəbərə görə, müğənniliklə yanaşı, foto sənəti ilə də ciddi məşğul olduğunu deyən Ədalət Şükürov yaxın aylarda şəxsi foto sərgisinin açılacağını bildirdi: "Əslində, sərginin açılması üçün bütün işlər yekunlaşmışdı. Amma sənətimlə bağlı işlərin çoxluğundan sərgini bir müddətdir ləngidirik. Vaxt məhdudiyyəti də var. Yaxın aylarda bütün işlərimi yekunlaşdırıb, sərgimi açıq elan edəcəm".
Müğənni onu da qeyd etdi ki, şəkillərin çoxunu əsasən, səyahət etdiyi ölkələrdə - Braziliya, Kuba, Maldiv və digər yerlərdə çəkib: "Getdiyim hər bir ölkədə gözəl şəkillər çəkirəm. Müxtəlif gül sərgilərində, heyvanlar aləmində, açıq zooparklarda və s. çəkdiyim şəkillər var. Fotoqrafiya ilə həmişə məşğul olmuşam və mənə elə gəlir ki, ömrümün sonunadək də məşğul olacam".
Fotoqraf Ədalət Şükürov daha maraqlı bir məqamı da açıqladı. Belə ki, müğənninin obyektivinə həmkarı olan müğənnilər də tuş gəlib. Hətta onların çoxu üçün Ədalət Şükürov şəxsi fotosessiyalar da edib.
"Evdə şəxsi arxivimdə yüzlərlə şəkil var və demək olar ki, heç yerdə yayımlanmayıb. Əcnəbi müğənnilərin konsertlərində olanda da onların şəkillərini çəkirəm. Azərbaycan müğənnilərindən Vasif Məhərrəmli, Xəyyam, Xatirə, Səidə Sultan, meyxanaçı Vüqar, Natavan, Lalə Məmmədova, \"Şeron\" qrupunun adlarını çəkə bilərəm. Bu yaxınlarda isə Nazpəri Dostəliyevanın fotosessiyasını özünə təhvil verdim. Natavan Həbibidən başqa, digər müğənnilərin fotosessiyaları studiya işi deyil, həyatda çəkilən şəkillərdir", - deyə, əməkdar artist əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB