Şəfiqə Nağıyeva birinin geyimini, digərinin isə oturuşunu təhqir etdi VİDEO

Aparıcı Elgiz Əkbərin idarə etdiyi verilişində gözlənilməz hadisə yaşanıb. SİA-nın məlumatına görə, proqrama qatılan meyxanaçı Samirə Yusifqızı verilişdə ekspert qismində çıxış edən vəkil Şəfiqə Nağıyevanın təhqiri ilə üzləşib. Vəkil onun geyimini qınayıb. O, meyxanaçının ünvanına xoşagəlməz sözlər deyərək, Samirəni pərt edib: "Onu şalı özünə niyə sarıyıb? Soyuqdur? Onu kənara qoy, hamı geyimini görsün. O nə geyimdir. Bugünkü geyimdən sonra sizi çox istəməyəcəm. Samirə xanımı burada görüb əsəbiləşdim. Bu, geyim deyil. Sürücü işləyən, müştəri aparan adam elə geyinməz. Çıxar o üstdəki yaylığı daxilən necə adamsan hamı görsün. Dur dön hamı sənə baxsın. İctimaiyyət arasına çıxır, camaat ona baxır. O darlıqda şalvarla durub danışır. Nəticə çıxaran adam gedib dəyişər. Onun tərəfə baxmayacam".

Aparıcı Elgiz Əkbər isə Samirəni ayağa qaldırıb, paltarını kameralara çəkdirərək "Biabırçılıqdır, sənin yaşına uyğun deyil. Xanım kimi geyin, bunu cavan qızlar geyinər" sözlərini söyləyib.

Samirə "Şəfiqə xanımı çox istəyirəm, danlasa da incimirəm. Onu böyük bilirəm. Sadəcə, efirə gələndə şalvarım cırıldı, maşında bu olduğu üçün geyindim" cavabını deyib.

"Ağsaqqal adamın qarşısında elə geyimdə gəlib oturmaq düz deyil. Bəzi qızlar olur evdən çıxanda uzun geyinir, kənarda qısa edir. Təzədən evə qayıdanda ətəyi uzadır" deyən vəkil onu görmək istəmədiyini söyləyib.

Elgiz Samirəni yerindən ayağa qaldıraraq, Ş.Nağıyevanın görmədiyi yerdə əyləşdirib.

Verilişin digər eksperti, psixoloq Narınc Rüstəmovanın "Mövlana gözəl deyib: Tərifi cəmiyyət içərisində, tənqidi təklikdə. Yazıq tər tökdü, qəlbi qırılmazdı" sözləri vəkili özündən çıxarıb.

O, "Tər tökməsin, nəticə çıxarsın ki, o darlıqda geyinmək olmaz. Mənə irad göstərməyin. İndi keçərəm sizə ki, ayağını ayağının üstünə qoyub oturur" deyərək, psixoloqu hədələyib.

"Şəfiqə xanım, siz Allah bəsdirin" deyərək, Samirə əsəbiləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...