Oksana: "Elşad Xoseni sevməmişəm" ETİRAF

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı reper Elşad Xose haqqında danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Elşad Xose haqqında danışmaq istəmirəm. Sadəcə olaraq onu demək istərdim ki, yetərincə əziyyət çəkdim. Amma o əziyyətin də bir həddi-hüdudu var idi. Sonda anladım ki, əziyyətlərim boşa getdi. Yəni gördüm ki, biz onunla tamam başqa insanlarıq. Fərqli yollardayıq. Sadəcə olaraq o yolları biz özümüz kəsişdirmişik. Həmin anlar düşünmüşəm ki, mən onu sevirəm. Amma siz demə mən heç kimi sevməmişəm. Yalnız Elşada qarşı mərhəmət hissi keçirmişəm.

Elşadla ayrılandan sonra 2 ildən çox depresiyaya düşdüm. Ruh halım tamamilə məhv olmuşdu. Ona görə psixoloqa müraciət etdim.

Onu da qeyd edim ki, 16 il övlad sahibi ola bilmədim. Bununla bağlı bir çox müalicələr aldım. Həmin illər ərzində ona övladım kimi yanaşdım. Uşağa olan hissi ona yönəltdim.

24 sentyabrda E.Xosenin ad günü idi. 7 il ərzində ilk olaraq onu mən təbrik edirdim. Hətta hədiyyəsinə qədər alırdım. Artıq mən o tarixi unutmuşam. Çünki hazırda tamam başqa Oksanayam. Son 4 il ərzində dəyişmişəm. Ən vacibi hazırda anayam. Eyni zamanda o insanı tamamilə unutmuşam. Elşad Xose artıq ürəyimdən, ruhumdan, beynimdən silinib".

Bütün xəbərlər Facebook səhifəmizdə