Afaq Bəşirqızının səhhətində problem yaranıb

Xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər idarə etdiyi verilişində deyib: "Özündən icazə almışam, ona görə verilişdə deyirəm. 1995-ci ildən ağır arterozdan əziyyət çəkir. Xəstəlik bədənə yayıldıqca yerimək və iş görmək qabiliyyəti çətinləşib. Dörd dəfə əməliyyat olunub. Dizində, belində əməliyyatlar edilib. İndi xəstəlik daha ağır formada qayıdıb. Əvvəlkindən də çox ağrıyır. Afaq xanım uzun müddətdir kök hüceyrə mütəxəsissləri araşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə