"Xeyirli övladlara sahib olmaq istəyiriksə..." FOTOLAR

Hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimova övladları ilə yeni fotolarını sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, ifaçı paylaşımına bu sözləri əlavə edib: "Əgər məndən soruşsalar "Bu həyatda ən çox nədə çətinlik çəkirsen?"gözü bağlı analıq deyə cavab verərdim. Yəni, valideyn olmaq dünyanın ən çətin işidir. Bitməyən bir sınama, yoxlama, nöqsan... Amma eyni zamanda dünyanın ən gözəl hissidir. Bir gün sən övladının balası olursan. Həyata baxın...Bax ele o gün, bizdən öyrəndiyi, gördüyü mərhəmətə və sevgi qədər yaxınlaşacaq. Əkdiyinin biçmə vaxtı yəni... Xeyirli övladlara sahib olmaq üçün öncə xeyirli ana-ata olmalıyıq. Deməyim odur ki, xeyirli övladlara sahib olmaq istəyiriksə, heç bir əmmasız, hər vəziyyətdə onlara sevgimizi göstərməli və hiss etdirməliyik. Bəlkə bir çox şeydə yetərli olmaq çətin ola bilər. Məsələn maddi imkanlarımız hər ehtiyyaclarını təmin etməyə imkan verməz. Amma sevgidə yetersiz qalmamalıyıq. İnsan hər şeyi unudur, bağışlayır, amma bircə sevilmədiyini unutmur".

Bütün xəbərlər Facebook səhifəmizdə