Xatunun qardaşı Balaşla vida mərasimi keçirildi

Müğənni Xatun Əliyevanın stilist qardaşı Balaşın vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, bu haqda mərhumun yaxın dostu müğənni Ülvi Qılınc məlumat verib: "Balaşla çox yaxın dost və qonşu idik. Onu sonuncu dəfə 2 ay bundan öncə görmüşdüm. İnana bilməzdim ki, o, bir gün aramızda olmayacaq. Çünki çox yaxşı idi. Özünü normal hiss edirdi.

Ailə üzvlərinin dediyinə görə, Balaş xərçəng xəstəliyindən əziyyət çəkirdi.

37 yaşlı Balaşı Yasamal qəbiristanlığında dəfn etdik. Mən də həmin vida mərasimində iştirak etdim. Allah ailəsinə səbr versin".

Qeyd edək ki, evli olan mərhumun 2 qız övladı var idi.

Bütün xəbərlər Facebook səhifəmizdə