"Verilişlərinizdə müğənnilərlə müzakirə etməyə mövzular düşünün"

Günlərdir ki, müğənni Xatirə İslamın verilişlərdən qonarar istəməsi mövzusu gündəmi zəbt edib və bir çox məşhurlar tərəfindən müzakirəyə çevrilib. SİA-nın məlumatına görə, ifaçı bununla bağlı aparıcılara müraciət edib: "Mənim əzizlərim, gəlin artıq mənim televiziya mövzumu bağlayaq. Verilişinizdə müğənnilərlə müzakirə etməyə özünüz gözəl və daha da maraqlı mövzular düşünün. Müğənni dostlarım bu məsələyə qarışmaması mənə olan dəyərdən, sevgidəndir. Mənim üçün hamınız çox dəyərlisiz, dostlarımsınız. İstər aparıcılar, istərsə də sənətçilər. Söz bir dəfə oldu da bitdi, uzatmayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə