Nadir Qafarzadə: “Depressiyanın yüngül növlərini keçirməyə başlayıram”

Nadir Qafarzadə: “Depressiyanın yüngül növlərini keçirməyə başlayıram”

Şou-biznesin qalmaqallı müğənnisi Nadir Qafarzadə mənfi enerjinin mənbəyindən söz açdı. SİA-ya açıqlama verən Nadir bu sözləri dedi: "Həyatımız başdan-başa mənfi enerjiylə doludur. Müğənnilik sənətinin də öz problemləri var. Əslində biz sənətçilər müsbət enerjini tamaşaçıya ötürür, mənfini isə özümüzdə saxlayırıq. Yəni, tamaşaçı mənim içimdə cövlan edən problemdən xəbərsiz olur. Müsbət enerjini xərcləyib qurtaranda, halım pisləşir. Haradasa depressiyanın yüngül növlərini keçirməyə başlayıram. Bundan azad olmaq üçün telefonu söndürür və şou-biznes həyatından uzaqlaşıram. Başqa ölkələrdə gördüyüm mənzərələr, sakit həyat məni təzələyir, saflaşdırır. Amma əvvə-əvvəl orada havam çatmırdı, balıq kimi çırpınırdım. O qədər Bakı havasına öyrəşmişəm ki, təmiz havada özümü pis hiss edirdim. Sonradan buna alışdım".

Bütün xəbərlər Facebook səhifəmizdə