"Şou-biznesin qurdu Əli, tülküsü Elariz, qarğası Elşad, kötüyü isə..."

"Şou-biznesin qurdu Əli, tülküsü Elariz, qarğası Elşad, kötüyü isə..."

Əməkdar artist Coşqun Rəhimov verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, "Bu şəhərdə" komandasının aktyoru proqram zamanı aparıcının "Konsertlərinizdə parodiya etdiyiniz hansısa müğənniyə gözünüz düşüb?"

Rəhimov isə cavabında "Heç vaxt elə hadisə olmayıb" sözlərini deyib.

O, şou-biznesdəki ifaçılardan da söz açıb: "İncəsənət ailəmində fəlsəfi dillə desək, ağacı yemək istəyən müğənni Əli Mirəliyevdir. O, elə şou-biznesdə bəzi müğənniləri yesə yaxşıdır. Sənətçilərin tülküsü də Elariz Məmmədoğludur. Şou-biznesin qarğası müğənni Elşad Qarayevdir. Sərçələri isə meyxanaçı Pərviz Bülbülə, müğənni Zamiq Hüseynov, Əməkdar artist Abbas Bağırov, aktyor Elməddin Cəfərovdur. Şou-biznesin kötüyü isə müğənnilər Musa Musayev və Təranə Qumral cütlyüdür. Müğənni Roza Zərgərli və rəqqasə Oksana isə şou-biznesin yarpağıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə