Xalq artisti: "Stressdən ölürük, apteklərdə ürək dərmanı da tapılmır"

Xalq artisti: "Stressdən ölürük, apteklərdə ürək dərmanı da tapılmır"

Xalq artisti Naibə Allahverdiyeva pandemiyadan gileylənib. SİA-nın məlumatına görə, aktrisa depressiyada olduğunu vurğulayıb: "Yay üçün darıxıram. Pandemiya ötən yayı burnumuzdan gətirdi. İnşallah, pandemiya bitər, bu yay rahat nəfəs alarıq. Yazıqdır bu insanlar, bütün psixologiyamız pozulub. Stressdən öldük. Artıq apteklərdə ürək dərmanı da tapılmır.

Bəzi insanlar elə düşünür ki, əgər sən səzsizsənsə, deməli, güczüssən. Amma yatmış şiri oyatsan səni parçalayar. Bəzi insanlar dünyanın əbədi olacağını və etdiyi əməllərinin cavabsız qalacağını düşünür. Allah bizi pis əməllərdən saxlasın".

Bütün xəbərlər Facebook səhifəmizdə