Xalq artisti: “Hətta tanınandan sonra qohumlarımın sayı da çoxaldı”
Azərbaycanda kifayər qədər tanınan əməkdar artist Məleykə Əsədova keçdiyi sənət yolundan, xatirələrindən danışdı. SİA-ya açıqlama verən aktirasının sözlərinə görə, çətinliklərə baxmayaraq tez bir zamanda tanındı: "Mən bəxti gətirən aktrisalardanam. Mənim tanınmağımda Lütfü Məmmədbəyovun rolu böyük olub. Onun çəkdiyi teletamaşalarla tanınmışam. Mənə elə gəlir ki, bütün bunların başında ilk növbədə istedad durur. Aktrisanın istedadı olmasa, ona kömək etməyin də mənası olmaz. Lütfi Məmmədbəyov istedadımı görməsəydi, mənə inanıb seriallara, tamaşalara dəvət etməzdi. Mən rollarımın hamısını yaşayıram. Mən qiraət demək, nitq mədəniyyətinə, diksiyamın mükəmməlləşməsinə görə də rəhmətlik Mikayıl Mirzəyə borcluyam. Onun da üzərimdə əməyi az olmayıb. Bilirsiniz, xaraktercə də elə bir insanam ki, yaxşılığı itirmirəm. Mənə hörmət edən insanlara həmişə qarşılıqlı hörmət göstərirəm".
Xalq artisti bir vaxtlar ondan üz döndərən qohumlarından da söz açdı: "Həyatın bəzi qanununları var. O kəslər ki, əvvəllər mənim toylarda oxumağıma, incəsənət universitetinə daxil olmağıma pis baxırdılar, deyirdilər ki, nəslimizə yaraşmır, sonradan özlərini mənim ən yaxın qohumlarım kimi təqdim etməyə başladılar. Hətta tanınandan sonra qohumlarımın sayı da çoxaldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB