Kamilə Babayeva: “Desəm ki, yaxın bir neçə ildə subaylığa son qoyacağam, yalan olar”

Kamilə Babayeva: “Desəm ki, yaxın bir neçə ildə subaylığa son qoyacağam, yalan olar”

Azərbaycanın tanınmış aparıcı Kamilə Babayeva öz idealını tapa bilmir. SİA-ya açıqlama verən Kamilə hələ çox subay gəzəcəyini deyib: "Desəm ki, yaxın bir neçə ildə subaylığa son qoyacağam, yalan olar. Əslində istərdim ki, bu il ailə həyatı qurum, ailəm və uşağım olsun. Lakin bunun üçün münasib bir insan yoxdur. Məni sevənlər var, ancaq onların arasında hələ ki mənim idealım yoxdur\",-deyə K.Babayeva bildirib.

Aparıcı həmçinin arzuladığı ideal kişi obrazını da təsvir edib: \"Həmin insan ən azından məndən bir az da olsa güclü olmalıdır. O, yüksək insani keyfiyyətlərə sahib olmalıdır. Məndən zəif olsa, vay o yazığın halına. Çünki onun başını yeyərəm. Zəiflərin başını yeməmək üçün mərhəmət göstərirəm, qəddar olduğum üçün onlara yazığım gəlir və evlənmirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə