Xanımların sevimlisi olan müğənni Zamiq Hüseynov Azərbaycan şou-biznesinin yüksək göstəricilərə malik olduğunu iddia edir. SİA-ya açıqlama verən müğənni bu göstəricilərdə ona düşən paydan söz açdı: "Nədənsə, müğənniləri konsertlərinə, layihələrinə görə reytinqdən keçirlər. Mən isə belə düşünmürəm. Çünki konsert proqramı təşkil etməmək insanın mənəvi və maddi gücsüzlüyünü göstərən amil deyil. Məsələyə bir qədər aydın gözlə yanaşmaq lazımdır. Mənim üçün vacib olan tamaşaçı zövqünün təminatıdır. Diqqət yetirsək, son illər bazarda mənim payıma cəmi bir neçə mahnı düşür. Bəzi insanlarda isə bu göstərici rekord həddə çatıb. Amma biz bunların mənəvi dəyərlərinə diqqət yetirməliyik. Sonuncu mahnılarımdan olan "Sən necə də gözəlsən" ilə mən yaşlı nəslin də qəlbinə yol tapdım. Bu gün bu mahnı ilə məni minlərlə tamaşaçı dinləyir. Klip də eyni marağa səbəb oldu. Mənim hələlik gücüm buna çatır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB