Xəstəxanaya yerləşdirilən Rəmişin son halı necədir?

Xəstəxanaya yerləşdirilən Rəmişin son halı necədir?

Səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) müalicəsi davam edir. SİA-nın məlumatına görə, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova verilişlərin birində danışıb: "Xəstəxanaya aparılan zaman Rəmişin vəziyyəti çox ağır idi. Nə danışa, nə gözünü aça, nə də nəfəs ala bilirdi. Pis gündə idi. Onun hazırda müalicəsi reanimasiya şöbəsində aparılır. Allaha şükür ki, indi səhhəti qaydasına düşüb".

G. Həsənova Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib: "Prezident İlham Əliyev, Birinci vitse-Prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmişin xəstəliyinin qarşısı alınır".

Qeyd edək ki, Rəmiş bir neçə gün əvvəl Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə