"Evimizin anbarı hər zaman güllərlə dolu olardı" FOTOLAR

"Evimizin anbarı hər zaman güllərlə dolu olardı" FOTOLAR

Rəqqasə Renka uşaqlıq illərinə geri dönüb. SİA-nın məlumatına görə, rəqqasə balacalığını xatırlayaraq gülləri çox sevdiyini bildirib: "Gülləri çox sevirəm. Uşaq vaxtından güllərin içində böyümüşük. Çünki ailəmin gül mağazası var idi. Evimizin anbarı hər zaman güllərlə dolu olardı. Ora mindən çox güllərlə dolu olurdu. Həmişə anbara girib şəkil çəkdirirdim. Çünki şəkil çəkdirməyi çox sevirdim.

Ad günüm fevral ayının 14-dür. Həmin gün evimiz dəlixana idi. Hamı ora-bura qaçırdı. Ev bütün gül olardı. Mən də pis olurdum ki, doğum günümdə ailə üzvlərim işləyir. Amma 1-2 gündən sonra mənə ad günü edirdilər. Lakin sevinmirdim. Çünki uşaq idim və başa düşmürdüm ki, işləmək lazmdır".

Bütün xəbərlər Facebook səhifəmizdə