"Sevda Yahyayevanın gəlinliyi 10 min dollardan bahadır" VİDEO

"Sevda Yahyayevanın gəlinliyi 10 min dollardan bahadır" VİDEO

Yeddi aydır həyat yoldaşı ilə nikah bağlayan, ancaq karantin səbəbi ilə toy məclisi edə bilməyən müğənni Sevda Yahyayeva gəlinlik libasından bəhs edib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində söz açıb: "Toyumuzun gözəl olması bizim də arzumuzdur. Türkiyənin məşhur modelyeri Muammer Ketenci gəlinliyimi artıq tikib, hazırdır. İstanbulda olanda onunla görüşdüm, ölçülərimi götürdü. Çox bahalı bir dizayndır, məhz mənim üçün hazırlanıb və hədiyyə edib".

Gəlinliyinin qiymətini açıqlamayan S.Yahyayeva aparıcı Samir Bayramlının "Türkiyədə hazırlanan gəlinliklər 10 min dollardan baha olur" sözlərinə isə "Yazacaqlar" deyə münasibət bildirib.

Qeyd edək ki, Sevda Zakir adlı həkimlə ailə qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə