Fərda ilə Niyam arasında qalmaqal: "Hörmətsizlik etdi"

Müğənni Niyam Salami ilə aktyor Fərda Xudaverdiyev arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, buna səbəb ifaçının Fərdanın "10 qat şou" proqramının çəkilişində onu aldatması olub. Belə ki, verilişə çağırılan Niyam çəkiliş məkanına gəlib. Amma o, proqramın çəkilişi başlamamış məkanı tərk edib.

Bununla bağlı Fərda verilişlərin birində danışıb: "Niyam Salami heç kimə heç nə demədən çıxıb gedib. Köməkçisi deyib ki, başı ağrıyır. Bunu mənə demək olmazdı? Xəstə ola-ola səni orada saxlayacaqdım? Zəng etdim, telefonuma cavab da vermədi. Veriliş onun üçün qurulmuşdu, ssenari yazılmışdı. Niyam, sənə yaraşdırmadım. Belə dostluq, yoldaşlıq olmaz. Sənə şəxsən özüm zəng etmişəm. Sən də mənə zəng edə bilərdin. Nə qədər zəng edirəm, cavab vermir, ona görə də efirdə adını çəkdim. Saymazlıq etdi, uşaq deyiləm. Televiziyaya dünən gəlməmişəm. O yaşda adama, sənətə illərini verənə yaraşdırmadım. Bunu dünən çıxan vayner edə bilərdi. Vaynerə sosial şəbəkə lazımdır, sənə televiziya mütləqdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...