Gülü Rəmişdən danışıb ağladı: "Ondan başqa heç kimim yoxdur, yetiməm" VİDEO
Müğənni-aparıcılar Sevinc Sevil bacıları Xalq artisti Rəmişin evində qonaq olublar. SİA-nın məlumatına görə, səhhətində problem olan sənətkara baş çəkən bacılar Rəmişin ömür-gün yoldaşı Gülü ilə də dərdləşiblər.
Gülü danışarkən göz yaşlarını saxlaya bilməyib. “Allah bütün xəstələrə, həmçinin Rəmişə şəfa versin. Hər yuxudan oyananda deyirəm ki, Allaha şükürlər olsun ki, onun nəfəsi bu gün də gəlir. Mən onu həyat yoldaşı kimi sevmirəm. Balam kimi çox istəyirəm. Allah məni başsız qoymasın. Çünki mənim heç kimim yoxdur. Yetiməm, təkəm".
Bu sözləri deyən Gülü hönkür-hönkür ağlamağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB