Ramal: "Zaman da susub"

Müğənni-bəstəkar Ramal İsrafilov son günlər şou aləmində baş verən qalmaqallara münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bəzilərini də qınamaqdan çəkinməyib: "Hamı kimi hərdən bir şəkil çəkib paylaşırıq. Zaman da susub. Amma nə düşünürük, nə fikirləşirik... Bilən bilmədiyindən, bilməyən elə bilmədiyindən danışır.

Bu, sonluq bitməz, ömür azalır... Hərəkət elə, çapala, tələs - niyə? Ən doğrusu mənəm, sənsən deyirik, bəs onda bu qədər səhvləri hara düzək? Sən mənə, mən sənə, biz hamıya yüklənək... Vaxt da susub, danışmır. Amma sürətlə gedir, uçur... Biz isə elə hey danışırıq: kimdən, düzdən, səhvdən. Səbəbi kimdən soruşaq?"

Bütün xəbərlər Facebook səhifəmizdə