"Şuşa o qədər mədəni şəhərdir ki, insan yüksək səs tonu ilə danışmağa utanır" FOTOLAR

"Şuşa o qədər mədəni şəhərdir ki, insan yüksək səs tonu ilə danışmağa utanır"  FOTOLAR

Müğənni Elçin Cəfərov Şuşaya səfər edib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. Belə ki, sənətçi sosial şəbəkədə Şuşada çəkdirdiyi fotoları yayımlayıb və bu sözləri qeyd edib: "Şuşa o qədər mədəni şəhərdir ki, insan yüksək səs tonu ilə belə danışmaq istəmir. Ermənilərin vəhşiliyi bu şəhəri korlaya bilməyib, bilməyəcəkdi də.
Burada hüzur var, insan rahatlıq tapır. Yolda çox kövrəlmişdim... Yol ətrafında döşəklər, əsgər paltarları, yanmış hərbi maşınlar var idi və bütün bunları görə-görə özüm özümə deyirdim: Qardaşlarımız gör bu qədər yolu necə çətin, həyəcan içində gediblər, nələr yaşayıblar... Onların sayəsində bu gün Şuşa bizimdir deyirik!

Allah şəhidlərimizi cənnətlə müjdələsin, bütün əsgər və qazilərimizi qorusun!"

Bütün xəbərlər Facebook səhifəmizdə