Manananın qızı hansı peşəyə sahib olacaq?

Manananın qızı hansı peşəyə sahib olacaq?

Vaxtını yaradıcılığı ilə paralel olaraq azyaşlı qızının qayğısına ayıran əməkdar artist Manana onda istedadın qığılcımlarını hiss etməyə başlayıb. SİA-ya açıqlama verən müğənnin sözlərinə görə, elə ki, o, evdə pianinonun qarşısına keçir və nə isə çalmağa başlayır, Elizabet dərhal diqqətini anasının səsləndirdiyi musiqiyə yönəldir: "Canlı ifaya daha maraqlıdır. Gəlir oturur yanımda və heç bir yan təsirlərə məhəl qoymadan sakitcə məni dinləməyə davam edir. Fikir verirəm ki, onda musiqiyə qarşı böyük maraq var. Belə zamanlar Georgi (Manananın həyat yoldaşı) evdə olanda, bilərəkdən yaxınlaşır bizə və başlayır mənimlə birlikdə pianinoda ifa etməyə. Bu, qızımın daha da xoşuna gəlir, dərhal rəqs etməyə başlayır. Yaşı az olduğundan onun daha çox rəqsə, yaxud da musiqiyə həvəsinin olduğunu bilmirəm. Amma inanıram ki, gələcəkdə onun həmin peşələrlə bağlılığı ola bilər".

Evdə olan zamanlarda mətbəx işləri ilə bir o qədər yaxından maraqlanmadığını etiraf edən Manana bu işləri anasına həvalə etdiyini bildirib: "Əslində, yemək hazırlamaq bacarığım var, buna mane olan səbəb yalnız vaxtdır. Hərdən gürcü, yaxud Azərbaycan yeməkləri hazırlayıram, evdəkilər də bəyənirlər. Amma təəssüf ki, bununla hər gün məşğul olmağa imkanım yoxdur", - deyə əməkdar artist bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə