Xalq artisti: "Hər birimiz həmrəyliyimizi şanlı qələbəmizə borcluyuq" FOTO

Xalq artisti: "Hər birimiz həmrəyliyimizi şanlı qələbəmizə borcluyuq"  FOTO

Xalq artisti Miri Yusif ailəsi ilə yeni çəkdirdiyi fotosunu sosial media hesabında yayımlayıb. SİA-nın məlumatına görə, şəkildə ifaçının övladları və xanımı yer alıb.

O, paylaşımına bu sözləri qeyd edib: "Həyatımızın ən çətin ilini geridə qoyduq. Amma 2020-ci il çətinliklə birlikdə bizə böyük qələbə gətirdi. Uğrunda minlərlə şəhidin canından keçdiyi, minlərlə əsgərin şücaət göstərdiyi, minlərlə qazinin başımızı ucaltdığı ağır və şərəfli bir qələbə... Ali Baş komandanımızın ətrafında daha sıx birləşdik, gücləndik, qalib olduq. Bu gün hər birimiz həmrəyliyimizi şanlı qələbəmizə borcluyuq. Əziz həmvətənlərim, həmrəyliyimiz daimi olsun!"

Bütün xəbərlər Facebook səhifəmizdə