Sevdanın özəl günündə həyat yoldaşından etiraf: "Həyatımda olduğun üçün təşəkkür edirəm" FOTOSU

Sevdanın özəl günündə həyat yoldaşından etiraf: "Həyatımda olduğun üçün təşəkkür edirəm"  FOTOSU

Bu gün müğənni Sevda Yahyayeva üçün özəl gündür. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib. Belə ki, o, sosial media hesabında həyat yoldaşı Zakir Bayramovla birlikdə səmimi fotosunu yayımlayıb. O, paylaşımında qeyd edib ki, ad günüdür.

Onu bu münasibətlə həmkarları təbrik edib və ünvanına xoş sözlər yazıblar.

Ardınca sənətçinin həyat yoldaşı Zakir Bayramov onunla bir müddət əvvəl çəkdirdiyi şəkli "İnstagram" hesabında yayımlayıb və bu sözləri qeyd edib: "Əzizim Sevda! Həyatımda olduğun üçün sənə təşəkkür edirəm. Qəlbim, ürəyim, ailəm, həyat yoldaşım, ad günün mübarək!"

Bütün xəbərlər Facebook səhifəmizdə