Rəqqasə Oksana Rəsulova təhqirlər və böhtanlardan danışıb. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazaraq izləyicilərinə müraciət edib: "Hər bir insanın həyatında o qədər şeylər baş verə bilər ki... Heç özü də bilmədən həm həyatının mənasını, həm özünü itirər... Əgər insanın doğrudan da səhvi varsa, onu yalnız valideynləri qınaya bilər, başqa heç kim!
İnsana böhtan atılır, onun haqqında nahaq sözlər danışılır, araşdırmadan qınanılır... O insanı heç düşünməyin, özünüzü fikirləşin və bilin ki, həyat “bumeranqdır”. Hər bir ağızdan çıxan söz sizə əks təsir edə bilər. Ona görə də hər bir kəlməni deyib və ya yazandan qabaq düşünün, sonra yazın və ya deyin.
Həqiqəti tam bilmirsinizsə, susmağı tərcih edin. Ən azından dediyim kimi, özünüzü və yaxınlarınızı düşünün, hər an dəyişiklik ola bilər. Siz kiminsə vəziyyətinə düşə bilərsiniz. Son iki gündür Roza Zərgərlinin ailəsi haqqında bəzi xoşaqəlməz və yalan məlumatlar oxuyub, təkrar o insanlara bunu xatırlatmaq istəyirəm ki, günahdır! Ayıbdır! Etməyin!".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB