Azərbaycanlı aparıcıya ağır itki: "Məni bağışla, səni qoruya bilmədim" FOTO

Azərbaycanlı aparıcıya ağır itki: "Məni bağışla, səni qoruya bilmədim"  FOTO

Teleaparıcı Vüsalə Kərimovaya ağır itki üz verib. SİA-nın məlumatına görə, teleaparıcının anası Güləndam xanım vəfat edib.

Bu haqda xəbəri müğənni Yaşar Cəlilov verib: "Üzücü bir xəbər aldım. Vüsalə Kərimovanın anası Güləndam xanım dünyasını dəyişdi.

Allah rəhmət eləsin. Ailəyə və yaxınlarına səbr diləyirəm".

Ardınca aparıcının özü məlumat yayıb: "Anam, səninlə o qədər acılı uzun yol gəldik ki, əlimi buraxdın. İki saat da dözmədin, məni gözləmədin. Qardaşıma mən anayam bəs mənim anam? Məni anasız qoydun. Ana sənə layiqincə baxa bilmədim. Məni bağışla, səni qoruya bilmədim. Hər şeyimi əlimdən alan Allahım səni də apardı. Bu dünyada bir gün görmədin. Anam, haqq dünyan gözəl olsun. Səni oxşamağa söz tapa bilmirəm".

Qeyd edək ki, V.Kərimovanın anası xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə