Aygün Kazımovanın Prezidentin ad gününə həsr etdiyi klipi VİDEO

Aygün Kazımovanın Prezidentin ad gününə həsr etdiyi klipi  VİDEO

Xalq artisti Aygün Kazımova “Vətən oğlu” adlı klipini izləyicilərin ixtiyarına verib. SİA-nın məlumatına görə, sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus mahnını müğənni Prezident İlham Əliyevin ad gününə həsr edib.

Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.

Ekran işində Aygün Kazımova “Afffair” və Çiğdem Akının kolleksiyasından olan geyimlərdən istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə