Azərbaycanın əməkdar artisti Ədalət Şükürovu bir-birinə bənzəyən bəstələrin müəllifi kimi qələmə verirlər. Oxuduğu bir çox mahnıların musiqisi və sözlərinin eyni olduğunu deyirlər. SİA-ya açıqlama verən müğənni məsələyə aydınlıq gətirdi: "Onu deyən adamın bəlkə də bu işdən başı çıxmır. Maşınımda hazırda Qriqori Lepsin albomu var, ona qulaq assanız, düşünmədən deyərsiniz ki, mahnılar eynidir. Amma belə deyil. Üslub etibarilə oxşarlıq tapmaq olar. Məsələn, Röyanın mahnısını eşidəndə sizə elə gəlir, mahnılar eynidir. Yaxud da Eyyub Yaqubov olsun. Əsas odur ki, bu tembrə görə hansısa müğənni sevilir. Oxşarlıq fikri ilə heç razı deyiləm. Başqa bir misal çəkim - Şade. Onun əksər mahnıları bir-birinə oxşardır. Bu, ifaçının üslubudur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB