“Pişik” Günelin Afrika etirafları: “Əsas odur ki, burada insanlar bir-birilərini yeməsinlər”- EKSKLÜZİV
Hazırda Afrikada, "Esktrim Azərbaycan" tele layihəsində iştirak edən "Pişik" ləqəbli Günel Ələkbərovaya və digər iştirakçılara telefonla çox danışmağa icazə verilməsə də Günel bacardığı qədər bizimlə əlaqə saxlayır.
SİA-ya açıqlama verən Günelin sözlərinə görə, onların vəziyyəti hələ ki, yaxşıdır: "Bizi telefonla danışmağa qoymurlar. Buralar çox maraqlıdır. Amma ciddi rejim gedir. Sınaqlar başlayacaq. Yarışırıq. İnşallah hər şey yaxşı olacaq".
Qeyd edək ki, müğənni artıq neçənci dəfədir ki, həmkarları ilə birgə realiti-şoularda iştirak edir. Günel hər birində həmkarları ilə problem yaşayır. Müğənni buna da münasibət bildirdi: "Hər belə şoularda insanların iç üzü açılır. Burada isə vəhşi heyvanlar çoxdur. Onların bizi yeməsi faciə olar, ölüb gedərik. Əsas odur ki, buradakı insanlar bir-birini yeməsinlər",-deyə müğənni əlavə etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB