Azərbaycanın gənc və sevilən müğənnisi Sevda Yahyayeva qeyri-adi qadağa ilə üzləşib. SİA-ya danışan müğənni bildirib ki, "Gecdir daha" adlı klipində futbolçu Ruslan Abışovla tərəf müqabili olması müğənniyə baha başa gəlib. Sevda Yəhyayevanın klip təqdimatında Ruslan Abışovun futbolçusu olduğu "Neftçi" futbol klubunun böyük azarkeşi olduğunu bildirməsi ölkənin digər futbol klublarının azarkeşlərini hiddətləndirib. Artıq bununla bağlı məşhur "Xəzər-Lənkəran" futbol klubunun azarkeşləri Lənkəran şəhər stadionunun rəhbərliyinə müraciət ünvanlayıb. Azarkeşlərin əsas istəyi - klub oyunlarından əvvəl stadionda yer alan mahnılar sırasında Sevda Yəhyayevanın mahnılarının səsləndirilməməsidir.
Qeyd edək ki, analoji hal ilə məşhur müğənni Şakira da qarşılaşıb. Müğənninin mahnıları "Barselona" klubunun oyunçusu Pike ilə münasibətləri səbəbindən artıq "Real Madrid" klubunun stadionunda səsləndirilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB