Teleaparıcı İlahə Nizamiqızı haqqında son zamanlar gəzən şaiyələri əsassız adlandırıb. SİA-nın məlumatına görə, o, Milli.Az xəbər portalına bildirib ki, son 4-5 ay ərzində müğənni Vüqar Bəxtiyarla adının hallanmasından narahat olub.
"Artıq 7 ilə yaxın televiziyada və şou proqramlarda aparıcı olduğuma baxmayaraq heç vaxt dedi-qoduya fikir verməmişəm. Amma son 4-5 ay ərzində Vüqar Bəxtiyarla adım qoşa çəkilir. Guya, həmin şəxslə qeyri-rəsmi nikahda yaşayıram. Əslində isə məsələ kənardan göründüyü kimi deyil. Mən ailəmlə, doğmalarımla bir yerdə yaşayıram. Ona görə, yayılan xəbərlər əsassızdır və şaiyədir", - deyən İlahə, adını çəkdiyi insanla yanaşı, digər sənət yoldaşları ilə də sırf dostluq münasibətlərinin olduğunu söyləyib.
İ.Nizamiqızı onu da qeyd edib ki, hazırda ailə qurmaq fikrində deyil və nə vaxt ailə qurarsa, bunu da ictimaiyyətdən gizli saxlayacaq.
"Hazırda ailə qurmaq haqqında düşünmürəm. Bu, Allahın qismətidir. Amma inşallah, ailə qursam, bunu ictimaiyyətdən gizli saxlayacağımı düşünürəm. Çünki son vaxtlar bu cür məsələlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır," - teleaparıcı dedi.
Qeyd edək ki, müğənni Vüqar Bəxtiyar keçmiş "Qismət" qrupunun solisti olub.
İ.Nizamiqızı məlumat üçün bildirib ki, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə Avropanın bir neçə ölkəsində Azərbaycan sənətçilərinin konsert proqramları təşkil olunacaq. İlahə də həmin konsertlərin aparıcısı olacaq.
"Hazırda aparıcılıq fəaliyyətimlə məşğulam. Belə ki, yeni telelayihə üzərində çalışıram. Onu da deyim ki, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə Avropanın bir neçə ölkəsində Azərbaycan sənətçilərinin konsert proqramları olacaq ki, bu barədə də, yaxın günlərdə məhz sizin saytınız vasitəsilə oxucular öyrənə biləcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB