Gülben Ergen boşanmaq üçün məhkəməyə müraciət edib

Gülben Ergen boşanmaq üçün məhkəməyə müraciət edib
Türkiyənin tanınmış cütlükləri yenə yollarını ayırıblar. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2004-cü ildə möhtəşəm toyu olan müğənni Gülben Ergen indi isə ayrılmaq qərarına gəlib. Gülbənin daha əvvəldə boşanacağı haqda şaiyələr yayılmışdı. Atlas, Ares və Güney adlı üç uşaqları olan cütlük hər dəfəsində boşanma xəbərlərinin yalan olduğunu deyirdilər. Hətta Gülben Ergenin yoldaşı Erdoğan bir reportajında \"Biz çox xoşbəxt bir ailəyik, bir-birimizi sevirik\"-deyə bildirmişdi. Bu dəfə Erdoğanın başqa bir xanımla əlaqədə olduğu deyilib. Gülben Ergen də boşanmaq üçün bu yaxınlarda məhkəməyə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə