Azərbaycanlı teleaparıcı: \"Bəyəm Kamran Həsənli peşəkar müğənnidir?!\"

Azərbaycanlı teleaparıcı: \"Bəyəm Kamran Həsənli peşəkar müğənnidir?!\"

Teleaparıcı Könül Arifqızı bəzi aparıcılarımızın efirə çıxmasının sual altında olduğunu bildirib. SİA-nın məlumatına görə, bu barədə Milli.Az xəbər portalına danışan K.Arifqızı aparıcılıq sahəsində özünü də peşəkar hesab etmir.

"Aparıcılığa xələl və zərər gətirən amillər elə aparıcıların özlərindədir. Elə aparıcılarımız var ki, onların efirə çıxmasının nə dərəcədə doğru olması şübhəli məsələdir. Aparıcının savadı, dünagörüşü, məntiqi, səlis tələffüzü və başqa bu kimi meyarları olmalıdır. Əslində, mənim bu mövzuda danışmağım bəlkə də doğru deyil, çünki elə də peşəkar, super aparıcı hesab etmirəm. Haradasa, ilk illərimi çalışıram. Yeri gələndə, təkcə müğənniləri deyil, müəyyən mənada elə aparıcıların işinə \"ələk\" prinsipi ilə yanaşmaq gərəkdir. Axı, onların arasında da bəhs etdiyim meyarlara tam mənada cavab verən insanlar o qədər çox deyil\" - K.Arifqızı deyib.

O, daha sonra bəzi teleaparcıların həm də müğənnilik etmələrindən danışdı və dedi ki, bunu normal hal saymır.

\"Hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Televiziya aparıcılığı o deməkdir ki, efirə çıxırsan, müxtəlif mövzulara toxunan verilişləri təqdim edirsən. Deməli, aparıcı sırf öz sahəsindən savayı, müəyyən məsələlər barədə də fikir yürütməli bacarmalıdır. Və əgər hansısa müğənni savadlıdırsa, aparıcılıq etməyi və maraqlı proqram qurmağı bacarırsa, niyə də olmasın ki?! Dünyada bu təcrübə geniş yayılıb və artıq bizdə də var. Müğənnidən yaxşı aparıcı ola bilər, amma teleaparıcının yaxşı müğənni olması asan deyil\", - K.Arifqızı söylədi.

O, teleaparıcılıqla yanaşı, müğənnilik də edən Kamran Həsənlini peşəkar müğənni olmadığını dedi.

"Mən burada qeyri-adi bir şey görmürəm. Bilirsiniz, oxumaq elə bir şeydir ki, həvəsə bağlıdır. Əgər insanın içərisindən oxumaq həvəsi gəlirsə, bu, qəbahətdir? Xeyr! Sırf müğənnilik fəaliyyətinə başlayan aparıcı tanımıram. Elə bir insan tanımıram ki, aparıcılıqdan əl çkərək peşəkar müğənni fəaliyyətinə başlasın. Bəlkə də var, amma mən bilmirəm! Bəyəm Kamran Həsənli peşəkar müğənnidir?! O, bu fəaliyyətlə məşğul deyil, vəssəlam!", - deyə, K.Arifqızı fikirini bildirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə