SİA Day.Az-a istinadən bildirir ki, Azərbaycanın \"Eurovision-2011\"-dəki təmsilçiləri Eldar və Nigarın çıxışı ölkənin musiqi ictimaiyyətində xeyli nikbinlik yaradıb.
Müğənni Natəvan Həbibinin dediyinə görə, ümumilikdə müsabiqəyə baxanda Norveç və Albaniya təmsilçilərinin finala çıxmamalarının səbəbini anlaya bilmir.
\"Bu ölkələrin nümayəndələrinin çıxışları çox xoşuma gəldi və məncə, onlar finala layiq idilər. Erməni müğənninin finala çıxa bilməməsinə isə sevindim. Açıq deyim ki, bu müğənninin çıxışı biabırçı idi, - N.Həbibi deyib. - Bizim duetə gəldikdə isə, onların mahnısı ilk əvvəl xoşuma gəlmirdi. Amma Eldar və Nigar mahnını o qədər yaxşı oxudular, o qədər gözəl təqdim etdilər ki, necə deyərlər, qəlbim riqqətə gəldi. Düşünürəm ki, belə ifa səviyyəsi və təqdimatda duetimiz müsabiqədə birinci yeri tuta bilər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB