“10 aylıq uşağın qatillərinin axıtdığı qan yerdə qalmayacaq” FOTOLAR

Azərbaycanla bağlı türkiyəli müğənni Mustafa Ceceli də paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi əvvəlcə Azərbaycan və Türkiyə bayraqlarını yayımlayaraq "Vaxtı gəlmişdi. Allah qələbə nəsib etsin" sözlərini yazıb.

İfaçı ardınca ermənilərin Gəncədə törətdiyi terrondan yazıb: "Bir ovuc axmaq öz sonunu hazırlayır. Bütün dünya da bunu səssiz izləyir. 10 aylıq uşağın qatillərinin axıtdığı qan yerdə qalmayacaq. Başın sağ olsun Azərbaycan".

Ötən gün İstanbulun Etiler səmtində restorandan çıxarkən obyektivlərə tuş gələn Mustafa jurnalistlərə açıqlama verib. O, yenə də işğalçı Ermənistanın Azərbaycanda mülki əhalini atəşə tutmasından danışıb.

Ceceli bu sözləri dilə gəirib: "Uşaqları öldürən insan deyil. 10 aylıq uşağı öldürüb, sonra da çıxıb "azadlıq" deyə bağıra bilməzsən. Azərbaycandakı dostlarıma tez-tez zəng edirəm, qəlbim onların yanındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə