“Fəxrlə zəfərə doğru gedirik” FOTOSESSİYA

Aparıcı Zümrüd Bədəlova fotokamera önünə keçib. SİA-nın məlumatına görə, ifaçı fərqli tərzdə şəkillər çəkdirib. O, fotolarını sosial media hesabında yayımlayıb və bu sözləri qeyd edib: “Bu il bütün hissləri bir arada yaşadıq. Koronavirusa yoluxanlar, göz yaşı, stress, karantin, xəstəlik qorxusu... Sonra bir yuxu kimi hadisələrin yönü dəyişdi. Erməni əclafı ilə üz-üzə savaş verdik. Bizə aid olan torpaqların əksər hissəsini geri qaytardıq. Hələ də mübarizəmiz davam edir. Şəhidlər verdik. Analar, bacılar göz yaşı tökür. Fəxrlə zəfərə doğru gedirik. Qisas alırıq. Amma yenə virus qayıdır. Bu dəqiqə hamımızın bir duası var. “Allah əsgərlərimizi qorusun”. Bu ili qələbə zəfəri ilə sona çatdırırıq. Koronavirus yox olsun. Azad, abad, sağlam həyata qovuşaq. Qarabağ Azərbaycandır! Sonu nidadır!”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...