"Azərbaycan ədalət tərəfdarıdır və indi işğal altındakı torpaqlarını geri qaytarır" FOTO

"Azərbaycan ədalət tərəfdarıdır və indi işğal altındakı torpaqlarını geri qaytarır"  FOTO

Rusiyada məşhurlaşan bloqqer Hüseyn Həsənov Azərbaydan video yayımlayaraq, cəbhədə baş verənlərdən yazıb. SİA-nın məlumatına görə, o, 14,3 milyonluq səhifəsində bu sözləri qeyd edib: " "İnstagram"da böyük izləyici auditoriyam var. Onları milliyyətlərinə görə bölmək istəmirəm. Çünki mənim üçün bütün insanlar insandır. Sözlərimi anlayışla qarşılamağınızı xahiş edirəm. Burada ermənilər üçün düşmən qrupu yaratmağı düşünmürəm. Burada öz millətimi təmsil edirəm. Azərbaycanlıyam və bununla qürur duyuram.

İstəmirəm uşaqlar intiqam hissi ilə böyüsün, xalqımın qadınları məzar üstündə yaxınları üçün göz yaşı töksün, analar övladlarını itirsinlər. Bizim artıq müharibə təcrübəmiz olub.

Başa düşməyinizi istəyirəm ki, Azərbaycan ədalət tərəfdarıdır və indi işğal altındakı torpaqlarını geri qaytarır".

Bütün xəbərlər Facebook səhifəmizdə