Məşhur cazmen: \"Özüm-özümə sual verirəm ki, mən bu gedişlə düzgünmü edirəm?\"-MÜSAHİBƏ
Caz lirik fəlsəfənin təzahürüdür, yoxsa XX əsrin astanasında baş vermiş fəhlə sinfinin inqilabı?
- Caz elə janrdır ki, bir yerdə qala bilmir. Zamanından asılı olaraq lazım gələndə köhnə amillər gedir, yeniləri gəlir. Ümumiyyətlə, cazmenlər hər zaman axtarışda olurlar. Ona görə də caz inqilabdır. Niyə? Çünki həyatda nələr baş verirsə, hansı proseslər olursa, bir sözlə həyat hansı tərəfə yönəlirsə, musiqiçilər də həmişə həmin tərəfə uyğun mahnılar səsləndirirlər.
Gündəlik müşahidə apardığımız zaman görürük ki, hər dəfə yeni nə isə olur. Belə bir vaxtda da caz susur. Musiqiçilər kənardan hər şeyi diqqətlə izləyirlər. Diqqət yetirirlər ki, hansı ölkələrdə inqilablar olur. Ümumilikdə, dünyada nələr olur və yaxud nələr olacaq?! Xüsusən də hazırda ərəb ölkələrində-Əfqanıstanda, İraqda, İranda və başqa ölkələrdə baş verən hadisələr...
Ona görə də musiqiçilər gözləyirlər ki, nə vaxt dünya sakitləşəcəksə, onda da mahnılarını ifa etməyə başlayacaqlar. Amma indi elə bir zəmanədir ki, rahatlıq yoxdur. Düzdür, caz bir az susub! O vaxtlar ərsəyə gələn caz musiqisini indi gənc musiqiçilər səsləndirirlər. Hazırda isə bəstəkarlar da susurlar. Uşaqlıqda belə bir fikir eşitmişdim: "Atəş olanda, musiqi susur!"
Biz 1960-70 və 80-ci illərin musiqilərini ifa edirik. Bəstəkar Tofiq Quliyevin mahnılarına müraciət edirik. O, əsl cazmen idi. Tofiq Quliyev 50-ci illərdə Moskvada təhsil aldığı vaxtlarda caz ifa edirdi. Hətta, o vaxtları kinoteatrlarda seanslar olanda, Tofiq Quliyev kinoteatrın girişində tək royalda ifa edərdi. Həmçinin Faiq Sücəddinov da gözəl musiqiçidir. Onun da hit mahnıları var. Amma Faiq Sücəddinov da o zamanın gözəl mahnılarını ifa edən musiqiçi kimi tanınır. Hazırda gənclərimiz də bu günün efirinə uyğun musiqi yazırlar. Efirdə nə görüb-eşidirlərsə, başlayırlar həmin musiqini aranjeman edib, oxumağa.
\"Özüm-özümə sual verirəm ki, mən bu gedişlə düzgünmü edirəm?\"
- Fikirinizdən belə aydın olur ki, caz inqilab üzərində qurulan musiqi janrıdır...
- Bəli! Bu, əvvəldən belə olub. Cazmenlər gözləyirlər ki, inqilabdan sonra həyat necə olacaq? Onlar həyatı qabaqcadan görürlər. Hazırda caz konsertləri olur ki, həmin konsertləri də izləyirəm. Məsələn, Çik Korreyin möhtəşəm konsertləri olur. O, konsertlərində ifa etdiyi mahnını 25 il əvvəl bəstələyib. Amma həmin mahnıları bu gün yeni aranjemanda ifa edir. Herbi Henkoku da, Bob Ceymsi da bura daxil etmək olar. Onlar da həmin mahnıları çalırlar, amma remiks variantında. Cazmenlərdə remiks hər zaman olub.
- Qeyd etdiniz ki, atəş olanda, musiqi susur. Hazırda Azərbaycanda atəşkəs rejimidir və insanlar müharibə şəraitində yaşayırlar. Sizcə, nəyə görə Azərbaycan musiqisində müharibə ab-havası hiss olunmur?
- İndi başqa zəmanədir. Dünyada təbii fəlakətlər olur, atom reaktorları partlayır, ərəb ölkələrində müharibələr baş verir və s. Hesab edirəm ki, bunlar da müharibədir. Amma çox maraqlıdır ki, bunlarla yanaşı, musiqi də, futbol da olur. Kütləvi olaraq tamaşaçı axını həm musiqiyə, həm də futbola maraq göstərir. Maraqlıdır! Belə şəraiti düzəldənlər deyirlər ki, siz işinizdə olun. Biz hər şeyi düzəldəcəyik. Qadağan yoxdur. İstədiyinizi edin!
Üstəlik, bəzi telekanallara baxanda ürəyim ağrıyır. Özüm-özümə sual verirəm ki, mən bu gedişlə düzgünmü edirəm? Axı həyat davam edir?! Düzdür, mən də nə vaxtsa həyatdan gedəcəyəm. Amma mən də mahnılarımı ifa etməliyəm. Bir sözlə, gərək olanlara öyrəşək...
Onu da deyim ki, problemlər olanda royalda ifa edə-edə daxilimdən mənfi hissləri çıxarıram. Musiqi elə güclü qüvvədir ki, hisslərə təsir edir. Gah sevinirsən, gah düşünürsən, gah da ağlayırsan...
\"İnşallah, biz də bir araya gələrik...\"
- SSRİ-nin dağılması və sərhədlərin açılması caz üçün hansı əlavə imkanlar yaratdı?
- Dəyişiklik hər zaman var. Hazırda sərhədlər açılıb. İnternet, mobil rabitə, sosial şəbəkələr var ki, informasiyanın vaxtından tez yayılmasına imkan yaradır. Bu yaxınlarda məni Amerikaya toya dəvət etmişdilər. Toy meşənin içərisində keçirilirdi. Dünyanın bir çox ölkələrində yaşayan insanlar qatılmışdılar. Deməyim odur ki, indiki şəraitdə Amerikaya getmək çox asandır. Çətin olan Bakıdan Almaniyaya – Frankfurta, oradan da ABŞ-a – Hyustona 10 saatlıq yolu qət etməkdir. Musiqi əhli də, cazmenlər də bu cür amillərə fikir verirlər. Çünki Sovet vaxtı "dəmir pərdə" vardı.
Ölkədən kənara çıxmaq müşkül məsələ idi. Amma o vaxtları bizim musiqiyə həvəsimiz vardı. Xaricdən gələn insanlardan böyük plastinkaları 100 manata alıb dinləyirdik. Sonra isə həmin musiqini özümüzünküləşdirirdik. İndi isə problem yoxdur. O vaxtları caza qadağa qoyulmuşdu. İnsan da elə bir məxluqdur ki, qadağan olunan hər hansı bir şeyə maraq göstərir. Hazırda isə istədiyin musiqini ifa edirsən, heç kim də söz demir. Ona görə də maraq itib. Bu, psixoloji təsir qüvvəsidir.
- Bir zamanlar 4 dostu birləşdirən "Qaya" qrupu vardı. 10 ildir ki, qrup yoxdur. Hazırda qrup üzvləri ilə münasibətiniz necədir? Bir-birinizlə əlaqə saxlayırsınızmı?
- Hərdən görüşürük. Dostumuz kinorejissor Rüstəm İbrahimbəyov çəkdiyi filmlərdə "Qaya"nı tez-tez yada salır ki, bu da tamaşaçıların diqqətindən yayınmayıb. Qrupun bədii rəhbəri Teymur Mirzəyev və böyük qardaşı, aktyor Tofiq Mirzəyev İsraildə yaşayırlar. Onlar hərdən Bakıya gəlirlər. Digər qrup üzvü - Amerikada yaşayan Lyova Yelisovetski də hərdən əlaqə saxlayır. Bir-birimizlə ya internetlə əlaqə saxlayarıq, ya da telefonla danışarıq. Amma zəmanə elədir ki, boş vaxtımız az olur. Ümumiyyətlə, son vaxtlar görürəm ki, qonaq gedəndə tez-bazar söhbət edirsən və ayrılırsan. Əvvəllər isə saatlarla söhbət edərdin, dərdləşərdik. Təəssüflər olsun ki, zaman dayanmadan işləməyi tələb edir. Çox oturmaq olmur.
- "Qaya" qrupu bağlananda "Bəri bax" qrupu yarandı. Həmin qrup "Qaya"nın davamçısı kimi görünürdü. Amma qrup bağlanandan sonra "Qaya"nın solistləri yeni layihələrlə, fanatlarla görüşməyiblər. Əksinə, fasilələr davam etməkdədir. Buna səbəb nədir?
- Cavanlar "Qaya"nın repertuarını oxuyurlar. Yəni "Qaya"nın davamçıları var. "Bəri bax" qrupu! Amma solistlərin də az yaşı yoxdur axı. Onların 65-75 yaşları var. Düşünürəm ki, artistlər qoca olmurlar. Gərək, solistlər bir yerə yığışsınlar, görüşsünlər və tamaşaçılar üçün nə isə hazırlasınlar. Məsələn, Gürcüstanın "Orera" ansanblının üzvləri bir yerə gəlib, konsert proqramı ilə çıxış edir və maraqla da qarşılanırlar. İstəyərdim ki, bu 4 nəfər yenə də bir araya gəlsinlər, mahnılarını oxusunlar. Çünki keçmişi yada salmaq lazımdır. İnşallah, biz də bir araya gələrik, konsert verərik...

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB