Müğənni Xuraman Şuşalı hərbi geyimdə və əlində bayraqla yeni şəklini sosial şəbəkədə yayımlayıb. SİA-nın məlumaına görə, o, sosial şəbəkədə paylaşıb ki, sözügedən foto klip çəkilişindədir.

Xuramanın bu addımı izləyiciləri tərəfindən xoş qarşılanmayıb.
Sosial şəbəkə istifadəçiləri “Hələ klip yeri deyil. Hamı pis vəziyyətdir”, “Məncə klip yox, Gəncədə baş verənləri paylaşın ki, hər kəs görsün”, “Hələ yeri deyil, Şuşada klip çəkdirərsən” kimi şərhlər yazıblar.

İfaçının izləyicilərinə cavabı gecikməyib: “Ekran işi Azərbaycanın igid oğullarına həsr olunub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB