Müğənni Şəbnəm Tovuzlu verilişlərin birinə qatılıb. SİA-nın məlumatına görə, ifaçı proqrama hərbi köynəkdə və üzündə Azərbaycan bayrağını əks etdirən imicdə gəlib.

O, sosial şəbəkədə verilişdən olan şəkillərini yayımlayıb və bu sözləri qeyd edib: “Qələbə bizimlədir. İgid əsgərlərimizə güvənirik. Biz ifaçılar ordumuzdan ilham alaraq Vətənimiz üçün mahnılar oxuyuruq”.



Onun bu paylaşımı başına bəla olub. Belə ki, izləyicilər Ş.Tovuzlunu həm tənqid, həm də təhqir ediblər. Eyni zamanda müğənnini ələ salıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB