KVN-nin “Qara qızıl” komandası bu gün Minsk şəhərinə gedir

KVN-nin “Qara qızıl” komandası bu gün Minsk şəhərinə gedir
Azərbaycan KVN-çiləri öz çıxışlarını həyatını vaxtsız dəyişmiş Anar Məmmədxanova ithaf edəcək. SİA-nın məlumatına görə, Azərbaycanın "Qara qızıl" (Чёрное золото) KVN komandası mayın 23-ü Premyer Liqanın dörddəbir finalında çıxış edəcək. Bu münasibətlə, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi və Samir İsakovun rəhbərliyi ilə komanda bu gün seçim turlarının keçiriləcəyi Minsk şəhərinə yola düşürlər.

Azərbaycan komandası ilə birgə yarımfinala çıxmaq uğrunda mübarizəyə daha 20 komanda qoşulacaq. "Qara qızıl" komandasının üzvləri "Parni iz Baku" KVN komandasının ölməz kapitanı Anar Məmmədxanovun vəfatından çox mütəəssir olduqlarını, bununla bağlı Azərbaycan xalqına baş sağlığı verdiklərini və öz çıxışlarını ona ithaf edəcəklərini bildiriblər.

Qeyd edək ki, hazırda "Qara qızıl" Azərbaycanın yığma komandası sayılaraq, özündə 3 komandanı – "Bakinski ekspromt", "Qara qızıl" və "Neftçi Bakı"nı cəmləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə