Humay Qədimova: “Onu onsuz da musiqiçilər aləmində yaxşı tanıyırlar” -MÜSAHİBƏ
SİA "OK!" Azərbaycan jurnalının "Humay" qızlar ansamblının rəhbəri Humay Qədimova ilə müsahibəsini təqdim edir:
"Humay" qızlar ansamblının rəhbəri, gənc, istedadlı tarzən Humay Qədimova ilə söhbətdən sözün əsl mənasında zövq aldım. Mizrab vuran barmaqları kimi söhbəti də şipşirin olan bu gənc musiqiçi xanım tara olan sevgisindən ağızdolusu danışdı. "Mən tarla nəfəs alıram, bir gün tarı sinəmə basmasam ürəyim partlayar"-deyən bu zərif görkəmli, incə qəlbli tarzən xanımın sözləri qarşısında arzumuzu da gözlətmədik: "Allah səni tarından, tarı da səndən cüda salmasın!".
- Başqalarının illərlə can atdığı populyarlığı gənc Humay birdən-birə qazandı! Bunu nə ilə izah edərdin?
- Mən buna zəhmətimin müqabilində nail olmuşam. Əslində, biz həm trio, həm də ansambl şəklində müəyyən vaxtdır ki, fəaliyyət göstərirdik. Tar sənətini öyrənməklə yanaşı, 11 ildir musiqi aləmindəyəm. Kiminsə dəstəyi ilə deyil, öz zəhmətim sayəsində qabağa getməyin tərəfdarı olmuşam. Bunu ailəm də bilir. Ailədə iki ovladıq və mənim haqqımda həmişə belə deyiblər ki, Humaydan arxayınıq, öz istedadı ilə özünə yol açacaq.
- Onda belə demək olarmı ki, sən qazandığın uğura görə bəxtindən çox, zəhmətkeşliyinə minnətdar olmalısan?
- Mən bunu Allahın qisməti sayıram, Allah hər kəsə bu uğuru birdən-birə qazandırmır. Adam var, sizin dediyiniz kimi illərlə sənətdədir, amma uğura nail ola bilməyib.
- Türk müğənnisi, meqa-star Tarkanla eyni səhnəni paylaşmağın yaxşı mənada ajiotaj yaratdı. Bu konserti uğura gedən yolda tramplin saymaq olarmı?
- Yaxşı musiqiçinin hamı tərəfindən tanınması vacib deyil. Onu onsuz da musiqiçilər aləmində yaxşı tanıyırlar. Məni də həmçinin, Tarkan, Sərdar Ortaç, Rafet El Roman, Alişana kimi bütün musiqiçilər tanıyırdı. Amma geniş auditoriya tərəfindən tanınmağımda Tarkanla birgə layihəmizin rolu böyük oldu.
- Bildiyimizə görə, Türkiyədə konsert vaxtı tarının simi qırılıb, amma sona qədər ifanı dayandırmayaraq, ekstremal vəziyyətdən çıxmısan. Bu necə baş verdi?
- Bu hadisə Türkiyənin böyük konsert salonlarından birində baş verdi. Konsertin şirin yerində tarımın simi qırıldı. Bəlkə də Allah məni sınağa çəkirdi ki, görsün qırıq simlə potensialımı necə göstərəcəyəm? Gedib simi dəyişib gələ bilməzdim, çünki konserti saat yarım ərzində fasiləsiz davam etdirməli idim. Öhdəsindən gəldim və heç kim tarın siminin qırılmasından xəbər tutmadı.
- 2010-cu ildə iki solo-konsert verdin, ikisi də anşlaqla keçdi…
- Bəli, ilk konsertim Akademik Opera və Balet Teatrında baş tutdu. Fərqli konsert oldu. Folklor janrından tutmuş, klassik musiqiyə qədər çox rəngarəng proqram tərtib etmişdik. Məqsədimiz də bu idi ki, konsertə gələnlərin zövqünü hərtərəfli oxşaya bilək, onları yormayaq. "Nənələr" folklor qrupunu, ustad xanəndə Alim Qasımovu müşayiət etdik, İlqar Muradovla öz janrında birgə çıxış etdik. Tamaşaçılar tərəfindən də böyük maraqla qarşılandı. İkinci konsertim də Türkiyədə baş tutdu və böyük səs-küyə səbəb oldu.
Biz fikirləşdik ki, bu konsertləri layihə şəklində Azərbaycandan kənara, Avropaya da çıxaraq. Əsas məqsədimiz də milli alətimiz olan tarı bütün dünyaya tanıtmaqdır. İlk olaraq Türkiyədən başladıq. İstanbulda "Tim Moslak Show Center"in 2300 nəfərlik salonunda konsert proqramı ilə çıxış etdik. Xanəndə Elnarə Abdullayeva da bizimlə getmişdi. Bundan başqa, türk müğənnisi Kibariyəni də tarda müşayiət etdim. Yaxın günlərdə konsertin video materialı tamaşaçılara təqdim olunacaq. Həmin salonda ilk dəfə canlı korifeyimiz Zeynəb Xanlarova konsert verib. Şərəf duyuram ki, Azərbaycandan ikinci nümayəndə olaraq orada konsert vermək mənə qismət oldu.
Təbii ki, layihəni davam etdirmək fikrimiz var. Məşqlərimiz gedir. Güman edirəm ki, yaxın vaxtlarda daha bir layihəmiz baş tutacaq. Gecikməsinin yeganə səbəbi odur ki, maraqlı seçim etmək istəyirik. Elə konsert vermək lazımdır ki, səviyyəsi, sanbalı ilə yadda qalsın. Müasir formada olsun, amma çərçivəni aşmasın. Bu konsertlərə dırnaqarası yanaşmaq olmaz. Ümumiyyətlə, mən gündə bir mahnı ilə efirdə görünməyin tərəfdarı deyiləm. "Az olsun, yaxşı olsun!" prinsipinə əməl edirəm.
- Layihəni hansı ölkədə davam etdirmək istəyirsən?
- Bu layihənin davamını Almaniyada reallaşdırmaq niyyətindəyəm. Milli alətimiz olan tarın təbliğatını konsert verməklə davam etdirmək fikrindəyəm.
- Özünü kimin yetirməsi sayırsan?
- Tarda ifa etməyi mənə öyrədən Xuraman Babayeva olub, musiqi məktəbində ilk təhsilimi ondan almışam. Sonra Asəf Zeynallı adına musiqi kollecinə qəbul olundum və həmin təhsil müəssisəsində çalışan Elxan Müzəffərov, Malik Mansurov, Məmmədağa Kərimovu öz müəllimlərim sayıram.
- Bu sənətdə özünə rəqib görürsən?
- Xanım ifaçılar arasında özümə rəqib görmürəm.
- Bəs kişi ifaçılar arasında, necə?
- Tarixən bizim çox istedadlı kişi ifaçılarımız olub. Mən onlara rəqib deməzdim, onlara baxıb, öyrənmişəm. Belə ifaçıların sayı çoxdur. Unudulmaz sənətkarlarımız Qurban Pirimov, Hacı Məmmədov, Əhsən Dadaşov… Allah onlara rəhmət eləsin. Sağ olanların da Allah canlarını sağ eləsin, mən onlardan çox şey öyrənirəm.
- Səni həmişə klassik geyimlərdə görürük. Bu klassik musiqi alətimiz olan tar çalmağınla bağlıdır, yoxsa, xarakterindən irəli gəlir?
- Bəli, tar ifaçısı olduğumdan klassik geyimlərə üstünlük verirəm. Amma yeri gələndə idman üslubunda da geyinirəm. Ümumiyyətlə sadə geyimlərə üstünlük verirəm, avanqarddan qaçıram. Çünki sadəlik mənə rahatlıq gətirir.
- Stilistin var?
- Yoxdur, amma özümə yaxın insanların zövqünü nəzərə alıram. Məsləhətləşməyi çox sevirəm.
- Alış-veriş zamanı brendə üstünlük verirsən?
- Mütləq, bu mənim üçün çox önəmlidir. Axırıncı dəfə Bakıda alış-veriş etməyim yadıma gəlmir. Daha çox Türkiyə mağazalarından alış-veriş edirəm.
- Gənc, populyar, həm də yaraşıqlı sənətçi xanım kimi yəqin pərəstişkarlarının sayı da az deyil?
- Pərəstişkarlar var, nə yalan söyləyim? Bəlkə də xanım ifaçı olmağım ətrafda mənə qarşı daha çox maraq oyadır.
- Bəs sevdiyin insan var?
- Hələ yoxdur, yaxın günlərdə ailə qurmağım da gözlənilmir. Bu Allahın qismətidir. Xaraktercə qapalı insanam. Şəxsi həyatım barədə danışmağı xoşlamıram.
- Azərbaycanda və ya dünyada elə bir sənətçi varmı ki, onu müşayiət etmək istəmisən, amma hələ bu arzun reallaşmayıb?
- Dünyada qəbul olunmuş bir ifaçı var idisə, o da Maykl Cekson idi, onu müşayiət etmək arzusunda idim, bu da baş tutmadı. Yerli sənətçilərə gəlincə, hələ bu barədə düşünməmişəm. Amma dünya səviyyəsində qəbul olunan başqa bir müğənni Tarkandır ki, onu da müşayiət etdim.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB