“Eurovision-2011” müsabiqəsinin finalında iştirak edəcək 25 ölkə məlum olub- FOTO
Dünən axşam "Eurovision-2011" müsabiqəsinin II yarımfinal mərhələsində 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparıb. SİA-nın məlumatına görə, mübarizə aparan ölkələr arasında Avstriya, Belarus, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Kipr, Danimarka, Estoniya, Makedoniya, İrlandiya, İsrail, Latviya, Moldova, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Niderland və Ukrayna təmsilçiləri olub. II yarımfinalda da bir çox yaddaqalan məqamlar olub.
Almaniyanın ev sahibliyi etdiyi builki yarışmanın hər iki yarımfinalı öz mükəmməlliyi ilə seçilib. II yarımfinalda artıq mayın 14-də keçiriləcək final mərhələsində çıxışı təsdiqlənən təmsilçilər də tamaşaçı qismində iştirak ediblər.
Azərbaycanı bu müsabiqədə təmsil edən Eldar və Nigar konsert ərəfəsində tamaşaçı kürsüsündə də çıxış edib və öz fikirlərini Avropa ictimaiyyəti ilə bölüşüblər.
Müsabiqənin II yarımfinalında çıxış edən 19 ölkə təmsilçisindən 10-u – Estoniya, Moldova, Rumıniya, İrlandiya, Bosniya və Herseqovina, Danimarka, Avstriya, Ukrayna, Sloveniya, İsveç finala vəsiqə qazanıb.
Qeyd edək ki, mayın 10-da keçirilən I yarımfinal mərhələsindən Azərbaycan, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya, İslandiya finala vəsiqə qazanıb. Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya isə birbaşa finalda çıxış edəcəklər. Mayın 14-də baş tutacaq final mərhələsində 25 ölkə birincilik uğrunda mübarizə aparacaq. Bu ölkələr Azərbaycan, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Serbiya, Litva, Yunanıstan, Gürcüstan, İsveçrə, Macarıstan, Finlandiya, Rusiya, İslandiya, Estoniya, Moldova, Rumıniya, İrlandiya, Bosniya və Herseqovina, Danimarka, Avstriya, Ukrayna, Sloveniya, İsveçdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB