Aygün Kazımovanın qızı niyə onun soyadını daşımır?- EKSKLÜZİV

Aygün Kazımovanın qızı niyə onun soyadını daşımır?- EKSKLÜZİV
Azərbaycanın xalq artisti Ayğün Kazımova qızı İlqarəni necə çox istədiyi hər kəsə bəllidir. İlqarəni hər addımından dəstəkləyən Aygün Kazımova hər zaman İlqarənin onun qızı olduğunu fəxrlə qeyd etsə də, nədənsə İlqarə Kazımova deyil, İbrahimli soyadını daşıyır.

Müğənni məsələ ilə bağlı SİA-ya açıqlamasında bu sözləri dedi: "Çünki mən Aygün Kazımovayam, o, İlqarə İbrahimovadır. Qoy, necə deyərlər öz adını "raskrutka" eləsin. Nə var ki, onun Kazımova olmağına".

Səhnədə olduğu 22 il ərzində birinciliyini heç kimlə bölüşməyən xalq artisti o yeri yalnız qızını ilə bölüşəcəyini də gizlətmədi: "Niyə də kiminləsə bölməliyəm? Mənə belə çox rahatdır. Ancaq qızıma verəcəyəm o yeri. Mənim o taxt-tacım qızımın olacaq. İlhamə Quliyeva onu mənə verəcək, mən də qızıma. İlqarə beş yaşında səhnəyə çıxanda mənim ad günüm idi. Samir Bağırov, Zülfiyyə Xanbabyeva və başqaları səhnəyə çıxmışdı. O, mikrafonu götürüb, başladı çox çətin bir mahnı oxumağa. Əlinə də bakal aldı, eynən mənim kimi. Zülfiyyə dedi ki, "Aygün, bununla bu qədər məşq etməyə haradan vaxt tapdın?" And içdim ki, vallah mənim heç nədən xəbərim yoxdur. Onda mən ilk dəfə gördüm ki, qızımda istedad var. İstedad elə şeydir ki, burdan boğarsan, ordan çıxar. İndi bədxahlar uşağımın istedadını boğmaq istəyirlər, amma alınmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə